Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA

First News Media13:46 - Bu gün
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi bu gün, paytaxtın "Azadlıq" metrosu yaxınlığında bir qadının hərəkətdə olan avtomobilin üzərinə uzandığı anlar lentə alınıb.

1news.az xəbər verir ki, paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekvat hərəkətlər edən qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.

Araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb.

Onun sağlamlıq vəziyyəti alınaraq nəzarə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Paylaş:
62

Son xəbərlər

Nazir hesabat verdi

Bu gün, 12:36
Bütün xəbərlər