LEXUS RZ – Elektrikli Lüksün Yeni Erası - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

LEXUS RZ – Elektrikli Lüksün Yeni Erası - FOTO - VİDEO

First News Media16:01 - Bu gün
LEXUS RZ – Elektrikli Lüksün Yeni Erası - FOTO - VİDEO

Gözlənilən elektrikli lüks avtomobil nəhayət Lexus Bakı mərkəzində.

Keçən yay nümayiş etdirilən Lexus RZ modeli nəhayət Azərbaycanda.Tamamilə yeni Lexus RZ, Lexus-un elektromobil strategiyasının bayraqdar modeli  artıq Lexus Bakı mərkəzində sizi gözləyir. Bu, yalnız elektrikli avtomobil deyil bu, Azərbaycanın yolları üçün xüsusi olaraq yararlı olan yüksək texnoloji lüks avtomobildir.

Azərbaycanda model iki fərqli versiyada təqdim olunur: Lexus RZ 350e  224 at gücü hasil edir və 0–100 km/s sürətlənməni 7.5 saniyəyə tamamlayır. Lexus RZ 500e tam ötürücülü sistemə malikdir, 381 at gücü ilə 0–100 km/s sürətlənməni cəmi 4.6 saniyəyə həyata keçirir.

Hər iki model 77 kVt/saat gücündə litium-ion batareya ilə təchiz olunub. RZ 350e modeli 20 düymlük disklərlə 508 km, RZ 500e isə 456 km məsafə qət edə bilir.

Yeni Lexus RZ həm AC, həm də DC sürətli enerji doldurma texnologiyalarını dəstəkləyir. 22 kVt-lıq AC şarj sistemi vasitəsilə avtomobili evdə və ya iş yerində təxminən 3 saat 30 dəqiqəyə enerji ilə doldurmaq mümkündür. 150 kVt gücündə DC sürətli şarj texnologiyası isə batareyanın 10%-dən 80%-ə qədər cəmi 30 dəqiqə ərzində doldurulmasına imkan yaradır. Batareyanın öncədən qızdırılması funksiyası soyuq hava şəraitində belə yüksək şarj performansını qoruyur.

Avtomobil 10 fərqli eksteryer rəng seçiminə malikdir. Yük bölməsinin həcmi standart vəziyyətdə 522 litr, arxa oturacaqlar qatlandıqda isə 1451 litrə qədər artır.

Bundan əlavə:RZ 350e modeli 750 kq, RZ 500e modeli isə 1500 kq-a qədər yedəkləmə imkanına malikdir.

Azərbaycanın müxtəlif yol şəraitinə – şəhər küçələrindən tutmuş dağlıq ərazilərinə qədər – uyğun olan RZ, DIRECT4 texnologiyası sayəsində həm asfaltsız, həm də sürüşkən səthlərdə optimal idarəetməni təmin edir.

Avtomobilin salonu 14 düymlük Lexus Link multimedia sistemi, 64 rəngli ambient işıqlandırma, panoramik tavan və geniş xüsusiyyətli Lexus Safety System+ aktiv təhlükəsizlik sistemi ilə zəngindir.

Lexus RZ-i artıq Lexus Bakı mərkəzində test sürüşü etmək və sifariş vermək mümkündür.
Ətraflı məlumat üçün: www.lexus.az

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər