Nazir: Kitabxanalarda çalışan 1000-ə yaxın şəxsin attestasiyası həyata keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: Kitabxanalarda çalışan 1000-ə yaxın şəxsin attestasiyası həyata keçiriləcək

First News Media13:02 - Bu gün
Nazir: Kitabxanalarda çalışan 1000-ə yaxın şəxsin attestasiyası həyata keçiriləcək

"Bu ildən informasiya texnologiyaları ixtisasları üzrə kitabxanalarda çalışan 1000-ə yaxın şəxsin attestasiyası həyata keçiriləcək".

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, növbəti il bütövlükdə kitabxanaçı funksiyasında olan və kitabxanada müəyyən vəzifələr daşıyan şəxslərin attestasiyası olacaq:

"Təbii ki, attestasiya nəticələrinə görə peşəkar, vəzifəsinə uyğun olan şəxslərin işlərində qalacaq və yeni sistemdə onların prosesə cəlb ediləcək. Nazirlik ilk növbədə, peşəkar kadrların təyin edilməsini hədəf hesab edir. Kimlər peşəkardır və kimlər bu sahədə fəaliyyəti davam etdirməyə uyğundursa, fəaliyyətini davam etdirəcəklər. Kimlərsə uyğunsuz hesab ediləcəksə, yəni nəticəyə əsasən, onlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq mexanizmlər tətbiq olunacaq".

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər