Bakıda "Qazel"lə motosiklet toqquşub, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda "Qazel"lə motosiklet toqquşub, ölən var

First News Media09:41 - 11 / 06 / 2026
Bakıda "Qazel"lə motosiklet toqquşub, ölən var

Bakıda "Qazel"lə motosiklet toqquşması nəticəsində bir nəfər ölüb.

1news.az "Report"a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

1985-ci il təvəllüdlü Qurbanov Rafiz İbrahimxəlil oğlu idarə etdiyi "Qazel" markalı avtomobillə hərəkətdə olarkən 2008-ci il təvəllüdlü Məhəmməd Mirzə Arif oğlunun idarə etdiyi "Tufan" markalı motosikletlə toqquşub. Nəticədə sərnişin Məmmədov Nihat Elmar oğlu xəsarət almış, sürücü - Mirzə Məhəmməd aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Paylaş:
174

Son xəbərlər

Nurlana Əliyeva vəfat edib

01 / 07 / 2026, 14:31
Bütün xəbərlər