Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək

First News Media11:48 - Bu gün
Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Nərimanov, Yasamal, Səbail, Nəsimi, Xətai və Nizami rayonlarında yol infrastrukturunu yeniləməyə hazırlaşır.

Bu barədə 1news.az-a qurumdan bildirilib.

Məlumata görə, ilkin mərhələdə küçə və prospektlərin təmirə ehtiyacı olan hissələrində bərpa işləri həyata keçiriləcək.

Məqsəd paytaxtın yol infrastrukturunun yaxşılaşdırılması, nəqliyyatın hərəkətinin daha təhlükəsiz və rahat təşkil edilməsidir.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər