İdrissa Dia: "Azərbaycanın strateji layihələri gənclər üçün yeni inkişaf platformaları yaradır"
“Regional inteqrasiya və rəqəmsallaşma gənc nəsil üçün yeni iqtisadi perspektivlər açır”.
1news.az xəbər verir ki, bu barədə İslam İnkişaf Bankının İqtisadi və Sosial İnfrastruktur Departamentinin direktoru İdrissa Dia Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunmuş "Sərhədsiz Gənclər: Ortaq Regional Rifahın Hərəkətverici Qüvvəsi" mövzusundakı sessiyada bəyan edib.
Onun qeyd etdiyinə görə, sərhədlərarası ticarət əlaqələri gənc sahibkarların fəaliyyət bazarlarını genişləndirir, əmək mobilliyi isə onlara potensial imkanların mövcud olduğu istənilən məkanda işləmək şansı yaradır: "Müasir rəqəmsal infrastruktur Bakıda fəaliyyət göstərən bir gəncin Almatı, Dəkkə və ya Dakardakı tərəfdaş və müştərilərə xidmət göstərməsinə tam imkan verir".
Departament rəhbəri həmçinin əlavə edib ki, Azərbaycanın təşəbbüskarı olduğu Orta Dəhliz, Bakı Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı layihələr regionda əlaqəliliyin möhkəmlənməsinə, eləcə də gənclər üçün yeni inkişaf platformalarının yaranmasına fundamental töhfə verməkdədir.












