Narkotik istifadə etdiyim üçün peşmanam, bir daha istifadə etməyəcəyəm
Ankara Qərb Respublika Prokurorluğunun Etimesgut Bələdiyyəsi ilə bağlı apardığı istintaq çərçivəsində həbs olunan bələdiyyə sədri və aktyor Erdal Beşikçioğlundan narkotik vasitədən istifadə edib-etmədiyinin müəyyənləşdirilməsi məqsədilə qan və saç nümunələri götürülüb.
1news.az Türkiyə mediasına istinadən xəbər verir ki, aparılan laboratoriya müayinələri nəticəsində Beşikçioğlunun marixuana (esrar) testinin müsbət olduğu müəyyən edilib.
Bildirilir ki, analizlər Beşikçioğlu ilə bağlı daxil olmuş müraciət və iddialar əsasında aparılıb.
Məlumatlarda həmçinin qeyd olunur ki, Erdal Beşikçioğlu 2014-cü ildə Ankara Respublika Prokurorluğuna verdiyi ifadəsində marixuana istifadə etdiyini etiraf edib. Onun ifadəsində "Marixuana istifadə etdiyim üçün peşmanam, bir daha istifadə etməyəcəyəm" dediyi bildirilir.
Qeyd edək ki, bu məlumatlar Türkiyə mediasında yer alan iddialara əsaslanır. Məsələ ilə bağlı rəsmi məhkəmə qərarı və ya yekun istintaq nəticəsi hələ açıqlanmayıb.












