Bakıda 6 avtomobili talayan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 6 avtomobili talayan şəxs saxlanılıb

First News Media17:28 - 16 / 06 / 2026
Bakıda 6 avtomobili talayan şəxs saxlanılıb

Xəzər rayonu Binə qəsəbəsində 6 avtomobildən pul və digər qiymətli əşyalar oğurlanıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Rəhimov müəyyən edilərək saxlanılıb.

Sumqayıtda isə silsilə velosiped oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 39 yaşlı C.Quliyev də polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxsdən əlavə olaraq narkotik vasitə - heroin də aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Paylaş:
433

Son xəbərlər

Bütün xəbərlər