Azərbaycanda 61 cinayət hadisəsinin açılması təmin edilib
Avqustun 7-də Azərbaycanda polis əməkdaşları tərəfindən 44 cinayət hadisəsinin açılması təmin edilib.
1news.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin də açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 106 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 84-ü borclu şəxs qismində axtarışda olub.
Həmçinin narkotiklərlə əlaqəli 15 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.
53












