Azərbaycanda 5 ayda avtobus istehsalı 4 dəfədən çox artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 5 ayda avtobus istehsalı 4 dəfədən çox artıb

First News Media11:50 - Bu gün
Azərbaycanda 5 ayda avtobus istehsalı 4 dəfədən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 193 ədəd avtobus istehsal edilib.

1news.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 4,3 dəfə çoxdur. Nəticədə bu ilin iyunun 1-nə 34 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin ilk 5 ayı ayında Azərbaycanda 197,6 milyon manatlıq maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. Məlumata görə, əvvəlki ilin müvafiq ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 77,1 % azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,8 dəfə artıb.

Bundan başqa, yanvar-may aylarında Azərbaycanda 1 677 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin 5 ayı ilə müqayisədə 375 ədəd və ya 18,3 % azdır. Nəticədə bu ilin iyunun 1-nə 261 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə Azərbaycanda 217 ədəd traktor istehsal edilib. Bu, 2025-ci ilin ilk 5 ayı ilə müqayisədə 7,3 % azdır. Bu ilin iyunun 1-nə 6 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Həmçinin, bu ilin yanvar-may aylarında ölkədə 342 ədəd yük avtomobili istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 7,8 dəfə çoxdur. Bu ilin iyunun 1-nə 11 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər