Ötən həftə azad olunmuş ərazilərdən nə qədər mina aşkarlanıb? | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə azad olunmuş ərazilərdən nə qədər mina aşkarlanıb?

Qafar Ağayev11:38 - Bu gün
Ötən həftə azad olunmuş ərazilərdən nə qədər mina aşkarlanıb?

Azad olunan ərazilərdə iyunun 16-dan 21-dək 29 tank əleyhinə mina, 84 piyada əleyhinə mina, 514 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

1news.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1 710.16 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər