“Koroğlu” NMM yaxınlığında nəqliyyatın hərəkətində dəyişiklik olacaq - SXEM | 1news.az | Xəbərlər
Cəmiyyət

“Koroğlu” NMM yaxınlığında nəqliyyatın hərəkətində dəyişiklik olacaq - SXEM

Qafar Ağayev17:10 - Bu gün
“Koroğlu” NMM yaxınlığında nəqliyyatın hərəkətində dəyişiklik olacaq - SXEM

Yaxın günlərdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (“Piramida” tərəfi) yaxınlığında hərəkət istiqamətləri dəyişdiriləcək.

1news.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən verilən məlumata əsasən, ərazidə avtobusların hərəkətində yaranan ləngimələrin aradan qaldırılması məqsədilə xüsusi hərəkət zolağı təşkil olunacaq.

Bildirilib ki, digər nəqliyyat vasitələri xəritədə göstərilən yeni trayektoriya üzrə Milli Gimnastika Arenası və “Koroğlu” dəmiryol dayanacağı istiqamətində hərəkət edə biləcəklər. Sxemdə yeni hərəkət istiqamətləri əks etdirilib.

 

Paylaş:
129

Son xəbərlər

Bütün xəbərlər