Xırdalanda ər və arvad arasında insident olub, kişi ölüb - YENİLƏNİB
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseynzadə küçəsi ərazisindən çağırış qeydə alınıb.
1news.az xəbər verir ki, bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən bir kişinin həkiməqədər ölüm faktı qeydə alınıb.
Qadın isə Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Boyun nahiyəsinin, başın, döş qəfəsinin, saidin, çiyin və bazu nahiyələrinin açıq və çoxsaylı yaralanmaları, qarın divarının kontuziyası diaqnozları təyin edilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.
Müvafiq laborator və instrumental müayinələr aparıldıqdan sonra pasiyent cərrahi əməliyyata alınıb.
15:59
Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə kişinin ölümü ilə nəticələnib.
1news.az report-a istinadən xəbər verir ki, ər və arvad - 1972-ci il təvəllüdlü Tərlan Həsən oğlu İbrahimov və 1978-ci il təvəllüdlü Günəş Xəlil qızı İbrahimova arasında yaşadıqları evdə başlayan mübahisə sonda bıçaqlanma ilə bitib.
Nəticədə T.İbrahimov aldığı xəsarətlərdən evdə ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.












