Fərid Şəfiyev: Azərbaycan “orta güc” kimi mövqeyini gücləndirir | 1news.az | Xəbərlər
Cəmiyyət

Fərid Şəfiyev: Azərbaycan “orta güc” kimi mövqeyini gücləndirir

Qafar Ağayev10:40 - Bu gün
Fərid Şəfiyev: Azərbaycan “orta güc” kimi mövqeyini gücləndirir

“Azərbaycan son illərdə qazandığı siyasi, hərbi və iqtisadi nailiyyətlər nəticəsində “orta güc” kimi mövqeyini daha da gücləndirib”.

1news.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda keçirilən konfransda səsləndirib.

O bildirib ki, bu status Azərbaycanın yalnız regionda deyil, daha geniş coğrafiyada təsir imkanlarının artdığını nümayiş etdirir.

“‘Orta güc” anlayışı hərbi potensial, iqtisadi imkanlar, diplomatik təsir və ‘yumşaq güc’ kimi amillərin məcmusunu əhatə edir. Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsi bu statusun daha aydın şəkildə formalaşmasına şərait yaradıb. Hazırda Azərbaycan təkcə ölkə daxilində deyil, regiondan kənarda da müxtəlif təşəbbüs və layihələr reallaşdırır. Bu isə ölkənin potensialının Cənubi Qafqaz çərçivəsini aşdığını göstərir”, – deyə o vurğulayıb.

F.Şəfiyev qeyd edib ki, bu gün “orta güc” yanaşması yalnız nəzəri çərçivə ilə məhdudlaşmır, eyni zamanda praktik əhəmiyyət daşıyır. 

“Müxtəlif ölkələrin təcrübəsində bu modelin real tətbiq nümunələri mövcuddur”.

O bildirib ki, MİK platformasında Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Argentina kimi ölkələrin inkişaf modelləri bu kontekstdə diqqət çəkir və bu yanaşmalar dövlətlərin hansı strateji yolu seçməli olduqları baxımından praktiki əhəmiyyət kəsb edir.

BMTM sədri əlavə edib ki, konfrans çərçivəsində bu məsələlərin həm nəzəri, həm də tətbiqi aspektləri geniş müzakirə olunur.

O qeyd edib ki, istənilən elmi arqumentin əsaslı və keçərli olması üçün onun möhkəm nəzəri bazaya söykənməsi vacibdir və bu baxımdan “orta güc” konsepsiyasının elmi əsaslarının araşdırılması xüsusi əhəmiyyət daşıyır.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər