Bilgəhdə dənizdə bir nəfər batıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bilgəhdə dənizdə bir nəfər batıb

13:24 - Bu gün
Bilgəhdə dənizdə bir nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2001-ci il təvəllüdlü Nizami Kərimovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər