Eldar Namazov: Azərbaycan Cənubi Qafqaz regionunda aparıcı mövqeyə malikdir | 1news.az | Xəbərlər
Cəmiyyət

Eldar Namazov: Azərbaycan Cənubi Qafqaz regionunda aparıcı mövqeyə malikdir

Qafar Ağayev10:49 - Bu gün
Eldar Namazov: Azərbaycan Cənubi Qafqaz regionunda aparıcı mövqeyə malikdir

“Azərbaycan Cənubi Qafqaz regionunda aparıcı mövqeyə malikdir”.

1news.az xəbər verir ki, bu fikirləri Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda konfransda çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda ərazi, əhali, iqtisadi və hərbi güc, eləcə də digər göstəricilər baxımından ən böyük dövlətdir.

“Cənubi Qafqaz mürəkkəb geosiyasi regiondur və burada müxtəlif güc mərkəzlərinin maraqları toqquşur. Belə bir mühitdə lider dövlət olmaq böyük məsuliyyət tələb edir. Eyni zamanda vurğulamaq lazımdır ki, Azərbaycanın potensialı region çərçivəsindən daha genişdir. Ölkəmizin Yaxın Şərqdə və Avropada artan təsiri bunun bariz nümunəsidir”, – deyə o bildirib.

E.Namazov qeyd edib ki, müasir dövrdə dövlətlərin gücünü müəyyənləşdirən amillər də dəyişməkdədir.

“Hazırda dünya rəqəmsal mərhələyə qədəm qoyub və artıq hərbi sahədə belə süni intellekt mühüm faktora çevrilir. Bu isə qlobal mühitin sürətlə dəyişdiyini göstərir. Belə şəraitdə hər bir dövlət öz mövqeyini qorumaq və gücləndirmək üçün çevik addımlar atmalıdır. Azərbaycan da bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir”, – deyə o əlavə edib.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər