“Azericard”dan bank hesablarından yaranmış problemlə bağlı AÇIQLAMA
“Azericard” Prosessinq Mərkəzi tərəfindən xidmət göstərilən bəzi bankların müştərilərinin kart hesablarında qeydə alınmış problemlərlə bağlı açıqlama verilib.
“Azericard”dan 1news.az-a verilən məlumata görə, yaranmış vəziyyətin səbəbi şirkətdən asılı olmayan amillər nəticəsində banklararası hesablaşma fayllarının emalı zamanı baş verən texniki nasazlıqlardır.
Hazırda təkrarlanan əməliyyatlar ləğv edilir, müştərilərin hesabları mərhələli şəkildə bərpa olunur. Problemin tam aradan qaldırılmasının yaxın vaxtlarda gözlənildiyi bildirilir.
129












