Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olması müəyyən edilib.  | 1news.az | Xəbərlər
Cəmiyyət

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olması müəyyən edilib. 

Qafar Ağayev14:59 - Bu gün
Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olması müəyyən edilib. 

Şirvan şəhər sakini Tahir Abdullayevin idarə etdiyi “Hyundai” markalı avtomobil Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

1Araşdırma zamanı T.Abdullayevin avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etməsi aşkarlanıb.

Ünsiyyət zamanı hərəkətləri şübhə doğuran T.Abdullayev tibbi müayinəyə cəlb olunub və onun narkotik maddə qəbul etməsi üzə çıxıb. Barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə göndərilən T.Abdullayev 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər