Pirşağıda obyektdən 6 min manatlıq oğurluq olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirşağıda obyektdən 6 min manatlıq oğurluq olub

First News Media11:33 - Bu gün
Pirşağıda obyektdən 6 min manatlıq oğurluq olub

Sabunçuda obyektdən oğurluq olub.

1news.az report-a  istinadən xəbər verir ki, Pirşağı qəsəbəsində yerləşən obyektlərdən birindən 1800 manat nağd pul və 4160 manat dəyərində noutbuk oğurlanıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı Fərid İdrisov saxlanılıb.

Araşdırmalar zamanı onun Sabunçu rayonu və paytaxtın digər ərazilərində də analoji oğurluq əməlləri törətdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər