İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanılıb

1news Redaksiyası13:41 - 01 / 08 / 2026
İşlədiyi mağazadan oğurluq edən şəxs saxlanılıb

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində mağazadan oğurluq edilib.

1news.az xəbər verir ki, mağazanın icarədarı polisə müraciət edərək obyektindən ümumi dəyəri 2169 manat olan məişət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən 38 yaşlı S.Cabbarov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs işlədiyi mağazadan məhsulları hissə-hissə oğurlayaraq satıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Paylaş:
411

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər