Naxçıvanda avtobus yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda avtobus yanıb

First News Media15:07 - Bu gün
Naxçıvanda avtobus yanıb

Naxçıvan şəhərində avtobusun yanması ilə nəticələnən hadisə baş verib.

1news.az report-a istinadən xəbər verir ki, hadisə köhnə avtobuslar üçün nəzərdə tutulmuş dayanacaq ərazisində qeydə alınıb.

İlkin məlumata görə, yanğın istismardan çıxarılan avtobusda başlayıb və alov yaxınlıqda dayanmış digər avtobusa da keçib.

Yanğın nəticəsində xəsarət alan olmasa da, avtobuslardan biri tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və polis əməkdaşları cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə lokallaşdırılaraq söndürülüb.

Faktla bağlı araşdırma aparılır, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər