Bakıda elektrik yarımstansiyasından 10 min manatlıq oğurluq edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda elektrik yarımstansiyasından 10 min manatlıq oğurluq edilib - VİDEO

First News Media15:38 - Bu gün
Bakıda elektrik yarımstansiyasından 10 min manatlıq oğurluq edilib - VİDEO

Bakının Xətai rayonunda elektrik yarımstansiyasından 10 min manatlıq oğurluq olub.

1news.az xəbər verir ki, naməlum şəxs yarımstansiyadan cərəyan açarları və transformatorun mis şinlərini oğurlayıb.

Hadisə nəticəsində yarımstansiyaya təxminən 10 min manat maddi ziyan dəyib.

Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı Dəyanət Kərimov saxlanılıb. Ondan oğurladığı elektrik avadanlığının bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
52

Son xəbərlər

Bütün xəbərlər