Masallıda saxta alkoqollu içkilər dövriyyədən çıxarıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda saxta alkoqollu içkilər dövriyyədən çıxarıldı - FOTO

First News Media17:14 - Bu gün
Masallıda saxta alkoqollu içkilər dövriyyədən çıxarıldı - FOTO

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı şəhəri, M.C.Talışxanov küçəsində fəaliyyət göstərən, Quliyeva Şəfa Nəcəfqulu qızına məxsus topdansatış anbarında plandankənar yoxlama keçirib.

1news.az AQTA-ya istinadən xəbər verir ki, baxış zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, anbarda “Stoliçnaya”, “Sevryuga” və “Organic Vodka” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati protokol tərtib edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırma davam etdirilir.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər