Azərbaycanlı şagird tarixə düşdü - Son 20 ilin ən yüksək göstəricisi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı şagird tarixə düşdü - Son 20 ilin ən yüksək göstəricisi

Qafar Ağayev10:29 - Bu gün
Azərbaycanlı şagird tarixə düşdü - Son 20 ilin ən yüksək göstəricisi

Beynəlxalq Fizika Olimpiadası tarixində ilkə imza atılıb.

1news.az xəbər verir ki, bu barədə  Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. 

Belə ki, Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin XI sinif şagirdi Zeynəb Məhəmmədli Kolumbiyanın Bukaramanqa şəhərində keçirilən 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2026) gümüş medal qazanıb.

Bununla da Z.Məhəmmədli Dünya Fizika Olimpiadasında gümüş medal qazanan ilk qız şagird kimi adını tarixə yazdırıb.

Qeyd olunub ki, Azərbaycan komandası bu nəticə ilə son 20 ilin ən yüksək göstəricisinə imza atıb.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər