Azərbaycandan tranzit keçməklə Ermənistana 7 vaqon buğda göndəriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycandan tranzit keçməklə Ermənistana 7 vaqon buğda göndəriləcək

First News Media16:00 - Bu gün
Azərbaycandan tranzit keçməklə Ermənistana 7 vaqon buğda göndəriləcək

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 7 vaqon buğda göndəriləcək.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu gün Ermənistana 490 ton buğda tədarük ediləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər