Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayıb

1news Redaksiyası10:05 - 14 / 07 / 2026
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayıb

Bu gündən 2026/2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MİQ) test imtahanı mərhələsinə start verilib.

1news.az xəbər verir ki, test imtahanları iyulun 18-dək ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunub.

Test imtahanında namizədlərin ixtisas bilikləri, tədris metodikası və pedaqoji yanaşmalar üzrə hazırlıq səviyyəsi qiymətləndirilir.

Müsabiqənin növbəti mərhələlərinə test imtahanında müəyyən edilmiş keçid balını toplayan namizədlər buraxılacaqlar.

Paylaş:
228

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər