Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışlarına helikopter cəlb olunub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışlarına helikopter cəlb olunub - VİDEO

First News Media14:45 - Bu gün
Şüvəlanda dənizdə batan 19 yaşlı qızın axtarışlarına helikopter cəlb olunub - VİDEO

İulun 6-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir.

Nazirliyin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışlar FHN-in Aviasiya dəstəsinin, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər