Forumda dezinformasiya ilə bağlı təkbətək formatlı müzakirə keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Forumda dezinformasiya ilə bağlı təkbətək formatlı müzakirə keçirilib

17:03 - Bu gün
Forumda dezinformasiya ilə bağlı təkbətək formatlı müzakirə keçirilib

4-cü Şuşa Qlobal Media Forumu çərçivəsində “Dezinformasiyanın sülhə təsiri: Mediada koordinasiyalı reaksiyalar” mövzusunda təkbətək formatlı müzakirə keçirilib.

1news.az xəbər verir ki, “AnewZ” beynəlxalq televiziya kanalının baş redaktoru Guy Shonenin moderatorluğu ilə keçirilən müzakirədə “Atticus Partners” Strateji Kommunikasiyalar Agentliyinin təsisçisi Leon Cook qeyd edib ki, müasir informasiya mühitində dezinformasiyanın yayılma sürətinin artması ictimai etimada, sosial sabitliyə və sülh təşəbbüslərinə ciddi təsir göstərir. O bildirib ki, bu baxımdan fakt-yoxlama mexanizmlərinin gücləndirilməsi, etibarlı mənbələrə istinadın prioritetləşdirilməsi, şübhəli məlumatların yayımının qarşısının alınması və institusional əməkdaşlıq əsasında koordinasiyalı reaksiyaların verilməsi mediada sülhü təşviq edən məsuliyyətli və peşəkar mühitin formalaşmasına əhəmiyyətli töhfə verə bilər.

Müzakirə zamanı həmçinin media savadlılığının artırılması, dezinformasiyanın yaratdığı çağırışlar, beynəlxalq əməkdaşlıq imkanları və məsuliyyətli media mühitinin formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər