Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq

First News Media11:19 - Bu gün
Daha yeddi dövlət qurumu tətbiqinin işi dayandırılacaq

"Mərkəzləşdirilmiş data hövzəsinin yaradılması istiqamətində işlərə başlanılıb".


1news.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma" mövzusunda keçirilən dəyirmi masada deyib.


O bildirib ki, rəqəmsallaşmaya keçiddə ilk növbədə müvafiq data hövzəsinin yaradılması vacibdir:

"Artıq mərkəzləşdirilmiş data hövzəsinin yaradılması istiqamətində işlərə başlanılıb.

Bir çox dövlət qurumlarının tətbiqlər üzərindən xidmətləri dayandırılaraq "MyGov"a inteqrasiya olunub. İlin sonuna qədər yeddi əlavə tətbiq üzərindən xidmətin dayandırılaraq "MyGov" üzərindən aparılmasına başlanılacaq".

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər