Türkiyə səfirindən Azərbaycana təşəkkür: “İlk andan yanımızda oldunuz” | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə səfirindən Azərbaycana təşəkkür: “İlk andan yanımızda oldunuz”

Qafar Ağayev11:34 - Bu gün
Türkiyə səfirindən Azərbaycana təşəkkür: “İlk andan yanımızda oldunuz”

“15 iyul tarixində xain terror təşkilatı tərəfindən törədilən dövlət çevrilişi cəhdini ilk andan etibarən ən sərt şəkildə pisləyən və Türkiyənin yanında yer alan Prezident İlham Əliyevin rəhbərliyi altında qardaş Azərbaycan xalqına və dövlətinə minnətdarıq”.

1news.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda Türkiyənin 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən anım günündə çıxışı zamanı deyib.

“Həm o qaranlıq gecədə nümayiş etdirdikləri qətiyyətli mövqeyə, həm də sonrakı dövrdə qurumlar arasında ən yüksək səviyyədə əməkdaşlıq sayəsində "Bir millət, iki dövlət" prinsipini bir daha möhkəmləndirən bütün Azərbaycan dövlət qurumlarına təşəkkürümüzü bildiririk”.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər