Kəlbəcərdə çayda batan azyaşlının meyiti tapılıb - YENİLƏNİB
12 iyul tarixində Levçay çayının Kəlbəcər rayonu, Çəpli kəndindən keçən hissəsində batan 2015-ci il təvəllüdlü Yaqub Abutalıbovun meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
1news.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
16:42
Kəlbəcərdə çayda batan 11 yaşlı oğlanın meyiti tapılıb.
1news.az report-a istinadən xəbər verir ki, Levçay çayının Kəlbəcər rayonu, Çəpli kəndindən keçən hissəsində batan və axtarışları davam edən 2015-ci il təvəllüdlü Abutalıbov Yaqub Zabil oğlunun meyiti Fövqaladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən tapılaraq adiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma aparılır.












