Gəncədə çaya yıxılan kişi xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə çaya yıxılan kişi xilas edilib

First News Media16:50 - Bu gün
Gəncədə çaya yıxılan kişi xilas edilib

Gəncədə çaya yıxılan kişi xilas edilib.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində vətəndaşın Gəncə çayına yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Şirinov Qoşqar Arif oğlu ehtiyatsızlıqdan çay dərəsinə yıxılıb bədən xəsarəti alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı çay dərəsindən çıxarıb xilas edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər