Küələk güclənəcək - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Küələk güclənəcək - XƏBƏRDARLIQ

First News Media13:36 - Bu gün
Küələk güclənəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə iyulun 19-20-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Saatlı, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Daşkəsən, Goranboy, Naftalan, Gəncədə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər