Müctəba Xamenei münaqişə dövründə ictimaiyyət qarşısına çıxmayacaq
İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei ABŞ və İsraillə hərbi münaqişə davam etdiyi müddətdə ictimaiyyət qarşısına çıxmayacaq.
1news.az TASS-a istinadən xəbər verir ki, bu barədə iranlı mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Xamenei təhlükəsizlik səbəbindən yaxın gələcəkdə ictimaiyyət qarşısına çıxmayacaq.
“Hökumət vəziyyətin normallaşmasını gözləyir. O, bundan sonra ictimaiyyət qarşısına çıxacaq”, - mənbə deyib.
O bildirib ki, Müctəba Xamenei müharibə və təhlükəsizlik şəraiti ilə əlaqədar ictimai məkanlara getmir.
İranlı mənbə əlavə edib ki, Ali Rəhbərin ilk beynəlxalq təması Rusiya Prezidenti Vladimir Putinlə ola bilər.
Belə ki, Müctəba Xamenei Putinlə telefon danışığı apara və ya görüş keçirə bilər.
“Rusiya bizə yaxın ölkədir, Putin İslam Respublikasının yaxın dostudur. Ola bilsin ki, ilk telefon danışığı və ilk görüş Prezident Putinlə olacaq”, - mənbə vurğulayıb.
Qeyd edək ki, Müctəba Xamenei fevralın 28-də ABŞ və İsrailin İrana hücumu zamanı həlak olan atası Seyid Əli Xameneinin yerinə Ali Rəhbər seçilib.












