Azərbaycanda doğulan körpələrin sayı azalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda doğulan körpələrin sayı azalıb

First News Media10:17 - Bu gün
Azərbaycanda doğulan körpələrin sayı azalıb

Bu ilin yanvar-may ayları ərzində 34 056 doğulan körpə qeydə alıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8,0-a düşüb.

Doğulan körpələrin 53,5 faizi oğlan uşaqları, 46,5 faizi isə qız olub. Onlardan 1184-ü əkiz, 48-i isə üçəmdir.

Həmçinin cari ilin yanvar-may aylarında ölkədə 25 511 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6,0-a qədər artıb.

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər