Prezidentlər Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.
Bu barədə 1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.
Dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar.
75












