Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

1news Redaksiyası09:37 - 31 / 07 / 2026
Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir.

1news.az "Report"a istinadən xəbər verir ki, Yohannesburq Beynəlxalq Hava Limanında Milli Məclisin sədrinin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili Hüseyn Rəhimli və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Pan-Afrika Parlamentinin Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirakı, həmçinin bir sıra görüşləri nəzərdə tutulub.

Paylaş:
274

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər