AMB: 6 ayda nağd xarici valyutanın alışı satışını 482 milyon dollar üstələyib | 1news.az | Xəbərlər
Cəmiyyət

AMB: 6 ayda nağd xarici valyutanın alışı satışını 482 milyon dollar üstələyib

1news Redaksiyası10:14 - 31 / 07 / 2026
AMB: 6 ayda nağd xarici valyutanın alışı satışını 482 milyon dollar üstələyib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda nağd xarici valyutanın alışı satışını 482 milyon ABŞ dolları üstələyib.

1news.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib.

Bundan başqa, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,8 faiz bəndi azalaraq mayda 25,6 %-ə düşüb.

Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin əhəmiyyətli artdığı şəraitdə AMB alışyönlü müdaxilə həyata keçirib. Cari ilin ötən dövründə qurumun valyuta ehtiyatları 2,2 milyard ABŞ dolları və yaxud 19,5 % artaraq 13,8 milyard ABŞ dolları təşkil edib.

Paylaş:
224

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər