Polis əməkdaşları 50 cinayətin açılmasını təmin edib
İyulun 30-da ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
1news.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 107 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 77 nəfər borclu şəxs qismində axtarışda olub.
Həmçinin narkotiklərlə əlaqəli 14 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.
70












