Azərbaycan lideri Şavkat Mirziyoyevə zəng edib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan lideri Şavkat Mirziyoyevə zəng edib

Qafar Ağayev11:03 - Bu gün
Azərbaycan lideri Şavkat Mirziyoyevə zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

1news.az xəbər verir ki, dövlətimizin başçısı Şavkat Mirziyoyevi doğum günü münasibətilə ürəkdən təbrik edib, ona uzun ömür, cansağlığı, qardaş Özbəkistan xalqının xoşbəxt gələcəyi və firavanlığı naminə həyata keçirdiyi şərəfli ali dövləti fəaliyyətində yeni-yeni uğurlar və nailiyyətlər arzulayıb.

Prezident Şavkat Mirziyoyev səmimi təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək, öz növbəsində Azərbaycan xalqına firavanlıq və rifah arzulayıb.

Telefon söhbəti zamanı Azərbaycan-Özbəkistan strateji müttəfiqlik münasibətlərinin əhəmiyyətinə toxunulub, əlaqələrin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.

Dövlət başçıları, həmçinin gələcək təmaslar barədə razılıqlarını ifadə edərək, qarşılıqlı maraq doğuran məsələlərə və ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər