DİN: ölkə ərazisində 56 cinayətin açılması təmin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: ölkə ərazisində 56 cinayətin açılması təmin edilib

Qafar Ağayev10:15 - Bu gün
DİN: ölkə ərazisində 56 cinayətin açılması təmin edilib

İyulun 31-də Azərbaycan ərazisində polis əməkdaşları tərəfindən 45 cinayətin və əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olan 111 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 80-i borclu şəxs qismində axtarışda olub.

Həmçinin narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər