Rusiyanın Kiyevə kütləvi raket zərbələri nəticəsində 9 nəfər ölüb, 23 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın Kiyevə kütləvi raket zərbələri nəticəsində 9 nəfər ölüb, 23 nəfər yaralanıb

First News Media09:07 - Bu gün
Rusiyanın Kiyevə kütləvi raket zərbələri nəticəsində 9 nəfər ölüb, 23 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə kütləvi zərbələr endirib.

1news.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko və Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində Kiyevin Solomenski, Qoloseyevski, Darnitski və Şevçenkovski rayonlarında yaşayış binaları, inzibati və qeyri-yaşayış obyektləri, anbarlar və avtomobillər zərər görüb. Bir sıra ərazilərdə yanğınlar və dağıntılar qeydə alınıb.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin son məlumatına əsasən, hücum nəticəsində 9 nəfər ölüb, 23 nəfər xəsarət alıb.

Solomenski rayonunda beşmərtəbəli yaşayış binası qismən dağılıb. Burada 2 nəfər ölüb, 8 nəfər yaralanıb, 35 nəfər təxliyə edilib.

Darnitski rayonunda inzibati binada yanğın və dağıntılar baş verib. Nəticədə 7 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Şevçenkovski rayonunda qeyri-yaşayış binasında yanğın baş verib, təcili yardım avtomobilləri yanıb. Bir nəfər xəsarət alıb.

Hadisə yerlərində yanğınsöndürənlər və xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirirlər.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər