Şəmkirdə 12 yaşlı qız qətlə yetirilib, 16 yaşlı bacısı şübhəli bilinir
Şəmkirdə 12 yaşlı qızı qətlə yetirməkdə şübhəli bilinən onun 16 yaşlı bacısı saxlanılıb.
1news.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.
2014-cü il təvəllüdlü Ə. N bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən ölüb.
TƏBİB-dən bildirilib ki, iyulun 24-də saat 21:00 radələrində 2014-cü il təvəllüdlü azyaşlı Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib.
Hazırda faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb.
68












