“Sabah”ın potensial rəqibi bəlli oldu
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
1news.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşk zamanı Azərbaycan çempionu "Sabah" klubunun da mümkün rəqibi bəlli olub.
Masazır təmsilçisi III təsnifat mərhələsində Danimarkanın "Orhus" komandasını mübarizədən kənarlaşdıra biləcəyi təqdirdə, pley-off mərhələsində İsrailin "Hapoel" (Beer-Şeva) və Serbiyanın "Srvena Zvezda" komandaları arasında keçiriləcək cütün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab qarşılaşmaları isə 25-26-da baş tutacaq.
63











