Tərtərdə qan donduran cinayət: Ər-arvad evlərində yandırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə qan donduran cinayət: Ər-arvad evlərində yandırıldı

First News Media11:46 - Bu gün
Tərtərdə qan donduran cinayət: Ər-arvad evlərində yandırıldı

Tərtərdə ar-arvadın qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə avqustun 6-sı səhər saatlarında qeydə alınıb.

1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev həmyerlisi 1941-ci il təvəllüdlü Əsgər Səmədovun yaşadığı evə pəncərədən girib. O, 17 400 manat pulu oğurlayıb, sonra izi itirmək və öldürmək məqsədi ilə gətirdiyi benzinlə evi yandırıb.

Həmin zaman Ə.Səmədovun və arvadı 1954-cü il təvəllüdlü Adilə Hüseynovanın yuxudan oyandığını görüb qapını bağlayaraq hadisə yerini tərk edib.

O da məlum olub ki, Vüqar Baxşəliyev əvvəllər Cinayət Məcəlləsinin bir sıra maddələri (177, 178, 320, 312, 326) üzrə məhkum olunub.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər