Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB 1 | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB 1

First News Media13:50 - Bu gün
Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB 1

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Binada arakəsmələrin taxta konstruksiyalardan ibarət olmasının alovun yayılma riskini artırması və yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirməsinə baxmayaraq, yanğının genişlənməsinə imkan verilməyib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

 

 

12:17

Bakının mərkəzində yerləşən binada yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

1news.az "Report"a istinadən xəbər verir ki, FHN-dən verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar təhlükəsiz əraziyə təxliyə edilib.

 

 

 

11:57

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə yanğın baş verib.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Obyektdə baş vermiş yanğınla bağlı polis əməkdaşları da əraziyə cəlb olunublar.

Paylaş:
188

Son xəbərlər

Bütün xəbərlər