Tanınmış teleaparıcının bacanağı vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Tanınmış teleaparıcının bacanağı vəfat etdi

1news Redaksiyası12:35 - 07 / 08 / 2026
Tanınmış teleaparıcının bacanağı vəfat etdi

Tanınmış jurnalist, teleaparıcı Turan İbrahimovun bacanağı vəfat edib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, T.İbrahimovun baldızının həyat yoldaşı Emin Səfiyarov qəfil dünyasını dəyişib.

E.Səfiyarov özəl şirkətlərdən birində çalışırmış. Mərhumun həyat yoldaşı Pərvin Səfiyarova və onun bacısı Nərmin İbrahimova tanınmış bloqerlərdir. P.Səfiyarova həyat yoldaşının ölümündən sonra səhifəsini bağlayıb.

Emin Səfiyarovun anası Almaz Həşimova 1984-cü ildən Füzuli şəhər M. Xəzani adına musiqi təmayülü orta internat məktəbinə rəhbərlik edir.

Mərhumun 2 övladı yadigar qalıb.

Paylaş:
321

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər