Azərbaycan və Tacikistan arasında təhsil sahəsində saziş təsdiqlənib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan və Tacikistan arasında təhsil sahəsində saziş təsdiqlənib

First News Media13:13 - Bu gün
Azərbaycan və Tacikistan arasında təhsil sahəsində saziş təsdiqlənib

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş” təsdiqlənib.

1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş"in təsdiqi haqqında Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Fərmana əsasən, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistana bildiriş göndərmək tapşırılıb.

Paylaş:
45

Son xəbərlər

Bütün xəbərlər