1 hektarlıq ərazi külə döndü: Yanğının qəsdən törədildiyi məlum oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

1 hektarlıq ərazi külə döndü: Yanğının qəsdən törədildiyi məlum oldu

1news Redaksiyası12:28 - 07 / 08 / 2026
1 hektarlıq ərazi külə döndü: Yanğının qəsdən törədildiyi məlum oldu

Zərdab rayonunun Hüseynxanlı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

1news.az "Report"a istinadən xəbər verir ki, araşdırmalarla yanğının kənd sakini Ə.Quliyev tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Paylaş:
224

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər