Məmməd Əhmədzadə Azərbaycanın Niderlanddakı səfiri geri çağırılaraq Belçikaya təyin olunub | 1news.az | Xəbərlər
Rəsmi

Məmməd Əhmədzadə Azərbaycanın Niderlanddakı səfiri geri çağırılaraq Belçikaya təyin olunub

14:08 - Bu gün
Məmməd Əhmədzadə Azərbaycanın Niderlanddakı səfiri geri çağırılaraq Belçikaya təyin olunub

Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

1news.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər